Interposta.Info

Ailəsi ilə qəzaya düşən jurnalist: "Maşınımı vuran şəxslə dostam"

Ölkə
 8-06-2017, 11:48     474

Bu gün səhər ailəsi ilə birgə qəzaya düşən tanınmış jurnalist Ceyhun Musaoğlu baş verən hadisə ilə bağlı açıqlama verib.

interposta.info xəbər verir ki, o, Lent.az-a bildirib ki, hazırda özü və ailə üzvləri evdədirlər, ciddi xəsarət almayıblar və özlərini yaxşı hiss edirlər:

"Hadisə Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində baş verib. Həmin yerdə olan "stop" işarəsi ağacların arasında gizləndiyinə görə görünmür, bu da ciddi problemə səbəb olur. Sağ tərəfdən gələn "KİA"nı mən heç görmədim. Qəza zamanı mənim maşınım bir dəfə aşdı, təkərləri göydə qaldı. Sağ olsun ərazidən keçən insanlar, yardım elədilər".

C. Musaoğlu deyib ki, onun maşınını vuran "KİA"nın sürücüsü ilə "facebook"da dostdur: "Hətta bir müddət əvvəl danışdıq ki, yaxın zamanlarda görüşək. "Görüş" də indi oldu".

***
09:10

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26