Interposta.Info

Bu qəsəbədə 200 pişik birdən öldü

Ölkə
 7-06-2017, 07:32     458

Fransanın cənubunda Saint Pierra La Mer adlı qəsəbədə bir ayda 200 pişik ölüb.
Ölənlər həm ev, həm də küçə pişikləri olub. Hadisənin pişikləri öldürmək istəyən cinayətkar dəstə tərəfindən həyata keçirildiyi düşünülür.
Yerli mətbuatın yazdığına görə, Pişikləri Qoruma Təşkilatına hadisə ilə bağlı çoxsaylı zənglər olub. Zənglərdə zəhərlənmə səbəbindən çoxlu sayda heyvan və quşun öldüyü bildirilib. Qəsəbədə uşaqların da zəhərdən təsirlənməsi narahatlığı var.
Pişiklərdən götürülən nümunələr əsasında ölümlərin hansı səbəbdən baş verdiyi məlum olacaq. Yerli mətbuata açıqlama verən qəsəbə sakinlərindən biri hadisədən sonra artıq heç kimin bir-birinə güvənmədiyini deyib./publika.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26