Interposta.Info

Hindistanda pişik sahibini zəhərli kobra ilanından qoruyub -

Ölkə
 4-07-2019, 10:42     10 485

Hindistanın cənubunda maraqlı bir hadisə baş verib.

Pişik sahibinin həyatını xilas edib. Belə ki, pişik zəhərli kobranın sahibinə hücum etməsinin qarşısını alıb.

Hadisənin videosu lentə alınaraq YouTube-a yerləşdirilib. Evin sahibi Arun Çandru pişiklə ilanın mübarizəsinə böyük həyacanla tamaşa edib.

Ev sahibinin sözlərinə görə, həmin vaxt evdə uşaqlar da olub. Beləliklə, pişik nəyinki ev sahibinin hətta uşaqların da həyatını xilas etmiş olub. /report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26