Interposta.Info

İt toy iştirakçılarını terrordan belə xilas etdi

Dünya
 6-04-2017, 07:32     401

Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən xəbər verir ki, Nigeriyada toy şənliyində bomba partlatmaq istəyən terrorçunun qarşısını ağıllı it alıb. Şənlik iştirakının sağ qalması itin həyatını itirməsi hesabına başa gəlib.

Maiduquri şəhərinin Bebelo Buba Ahmed kəndində təşkil olunmuş toy şənliyinə üzərində intihar bombası olan gənc oğlan daxil olub. Oğlanın pis niyyətlə həyətə daxil olduğunu fərq edən ev sahibinin iti onun üzərinə tullanıb. İtlə terrorçu ölüm-dirim savaşına çıxıblar. Onlar biri-birlərini boğarkən, insanlar kənardan heyrətlə baxırmışlar.

Terrorçunun üzərindəki bomba partlayana qədər it mücadiləni davam etdirib. Nəhayət, ağıllı it, həyatını itirərək, toy iştirakçılarının sağ qalmasına səbəb olub.

Polisin verdiyi açıqlamaya görə bombalı terrorçunun şənlik keçirilən həyətin yaxınlığında yaşadığı məlum olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26