Interposta.Info

Yoluxmaya görə Qaraməryəm qəsəbəsinə giriş-çıxışı bağlanıb? (AÇIQLAMA/YENİLƏNİB)

Ölkə / Manşet
 17-08-2021, 14:17     1 185


Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbəyə giriş-çıxışın bağlanması barədə məlumatlar əsassızdır.

Bunu BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.

Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26