Interposta.Info

Nazir Aqil Abbasın oğluna töhmət verib? - DİN-dən AÇIQLAMA

Gündəm
 17-01-2022, 14:07     390

Bu gün yerli mətbuatda deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasova töhmət verilməsi ilə bağlı xəbər yayılıb.

"İnterPosta" xəbər verir ki, bununla bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Facebook"da yazdığı statusda məlumatın yalnış olduğunu bildirib:

"Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26