Azərbaycanda futbolçu öldü

Qazaxda futbolçu ürək tutmasından dünyasını dəyişib.
interposta.info APA-ya istinadən xəbər verir ki, rayonun Xanlıqlar kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlunun səhhəti mayın 30-da kəskin pisləşib. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Q. Sarıyev Qazağın "Göyəzən" futbol komandasının oyunçusu olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26