Interposta.Info

Azərbaycanda futbolçu dəhşətli qəzada öldü (FOTOLAR)

İdman
 12-05-2019, 21:53     10 412

Mayın 8-də Ucar rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən gənc oğlanla bağlı bəzi məqamlar üzə çıxıb.

İnterPosta.info
xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində "QAZ-66" markalı kranla "Ford Transit" markalı yük maşınının toqquşması nəticəsində dünyasını dəyişən Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov futbolçu olub. Həm də ticarətlə məşğul olan Ceyhun futbolçu kimi müxtəlif yarışlarda iştirak edib.

Bir müddət əvvəl Məşhəd ziyarətində olmuş 30 yaşlı Ceyhun Haşımov doğulduğu Maştağa qəsəbəsində dəvn edilib.

Qeyd edək ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi "QAZ-66" markalı avtomobil toqquşub. Nəticədə "Ford" markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbə sakini Ceyhun Haşımov hadisə yerində keçinib./publika.az

İnterPosta.info

Azərbaycanda futbolçu dəhşətli qəzada öldü (FOTOLAR)
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü (FOTOLAR)Azərbaycanda futbolçu dəhşətli qəzada öldü (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26