Interposta.Info

Belaruslu futbolçu ailəsi ilə birlikdə qəzada öldü

İdman
 18-12-2018, 12:21     10 461

Belarusun “Vitebsk” futbol klubunun qapıçısı Andrey Şerbakov avtomobil qəzasında dünyasını dəyişib.

27 yaşlı futbolçu ilə birlikdə onun həyat yoldaşı və övladı da həyatını itirib.

Ağır avtomobil qəzası dekabrın 17-də yerli vaxtla axşam saat 19:00 radələrində baş verib. “KİA” markalı avtomobil M1 avtomagistralının 543-cü kilometrliyində əks hərəkət zolağına çıxıb və “Mercedes” markalı evakuatorla toqquşub. İki böyük və bir altı yaşlı uşaq hadisə yerində keçinib. Avtokresloda olan ikinci uşaq isə sağ qalıb.

Hazırda xəstəxanada müalicə olunur./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26