Bakı-Qazax yolunda

Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məlum olub.
interposta.info xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir. Əhmədov Elçin Cahangir oğlunun tələbə, digər şəxslərin isə İmişli şəhəri 5 saylı orta məktəbin şagirdləri olduğu bildirilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26