[b]“MERO-nun qanla yuyulmuş sürücülük vəsiqələri - FAKTLAR[/b]

2017-ci ilin əvvəlindən sürücülərin səhvinə görə baş verən avtomobil qəzalarının artması medianın gündəmindədir.
interposta.info xəbər verir ki, 09.03.2017-ci il tarixdə Bakı Sumqayıt yolunda baş vermiş 6 nəfərin ölümü və 20 nəfərin yaralanması ilə nəticələnən faciəvi yol qəzasından 3 ay keçməmiş Yevlaxda 6 nəfərin ölümü ilə nəticələnən daha bir faciəvi qəza baş verdi.
Bakı-Sumqayıt yolunda dəhşət - 5 ölü, 20 yaralı/ VİDEO
Sürücü səhvinə görə baş verən bu qəzalarda insanların kütləvi ölümü sürücülərə qarşı insanlarda aqressivlik yaradır. Mübaliğəsiz qeyd edə bilərik ki, yollarda sərnişin qətliamını törədən bu sürücülər qəzaları sürücü savadsızlığına görə törədirlər.
interposta.info olaraq internet üzərindən ölkə mediasında apardığımız araşdırmalardan belə qənaətə gəlmək olur ki, Baş Dövlət Yol Polisi İdarəsində sürücülük vəsiqələri pulla satılır.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının məvacibi qarşılığında bahalı maşınlar və dəbdəbəli evlərə sahib olmaları burada korrupsiya hallarının mövcudluğuna dəlalət edir.
Bu halın kütləvi xarakter almasına görə yollarda saysız hesabsız pulla sürücülük vəsiqəsi almış sürücü var. Misal olaraq qeyd edək ki, kateqoriyasından asılı olaraq sürücülük vəsiqəsinin qiyməti 1000-1500 manat arasında dəyişir.
Bu gün 20.05.2017 –ci il tarixdə daha bir avtomobil qəzası baş verdi ki, bu qəzada da aşağıda adları çəkilən vətəndaşlar dünyasını dəyişdi. Onlar, 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
Hacıqabulda 5 tələbənin öldüyü dəhşətli qəzadan görüntülər — VİDEO
https://musavat.com/news/baki-qazax-yolunda-avtomobilin-asmasi-neticesinde-olenlerin-adlari-aciqlanib_439930.html
Nə vaxta qədər yollarda sürücülərin törətdiyi qətliam davam edəcək..?!
XəberBiz.az xatırladır ki, "Mero"-yla bağlı digər neqativ xəbərlər bu linklərdədir.
https://gundemshok.az/index.php?newsid=11894
https://teref.info/karusel/40341-agcabedi-mero-su-babek-merdanovun-prava-bazarligila-ve-kapital-dunyasi.html
https://vetenperverler.az/siyaset/1185-steyirsiniz-gedin-prezidente-shikayet-edin-menim-uchun-ferqi-yoxdur-.html
“Istəyirsiniz gedin prezidentə şikayət edin, mənim üçün fərqi yoxdur...” - VIDEO
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26