Interposta.Info

Sabirabadda 6 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi məlum olub

Müxtəlif
 7-05-2018, 13:07     10 436

Sabirabad rayonunda 6 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən traktor qəzasının səbəbi məlum olub.

"XeberBiz" Report-a istinadən xəbər verir ki, qəzaya qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması səbəb olub. Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan 7 qadından 6-sı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26