Interposta.Info

Həkim 5 yaşlı uşağı bu iynə ilə öldürüb -

Ölkə
 4-05-2017, 23:10     837

2017.05.03. 21:42

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

interposta.info
Publika.az-a istinadla xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Belə ki, doğmaları 5 yaşlı Kənan Abutalıbovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Kənanın babası Qardaş Hüseynov nəvəsinin ölümündə onu sünnət edən həkimi günahlandırıb: “Nəvəmin ölümündə günahkar Ramiz Sadıqovdur. Onun səhvinə görə uşaq öldü. O, bizim kənddə yaşamasa da, hamı sünnət üçün ona müraciət edir. Əvvəl dövlət xəstəxanasında işləyib, indi özəl bir klinikada çalışır. Mən də sünnətin xəstəxanada olmasını istədim, amma Ramiz həkim evdə olmasını məsləhət gördü, biz də etiraz etmədik. Sünnət olunanda uşaq qorxurdu, mən də onun yanında qalmaq istədim, ancaq həkim məni çölə çıxartdı. Otaqda heç kimin qalmasına razı olmadı, uşağın üstünə qışqırdı. Uşaq da qorxdu, sonra iynə vurub, uşağın halı pisləşib. Birdən uşağı otaqdan götürüb maşına mindi, nə qədər etsək də, bizə imkan vermədi. Uşağı özü maşına qoyub xəstəxanaya apardı. Biz də onun arxasınca axtarışa başladıq. Uşaq qucağında 4 xəstəxana gəzib, özünün işlədiyi özəl klinikaya aparıb, orada aparat olmadığına görə uşağa kömək edə bilməyiblər. Axırda uşağı təcili yardım xəstəxanasından tapdıq, amma həkim orada yox idi”.

Q.Hüseynov deyir ki, Kənanın atası il yarım əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Kənan ondan qalan tək övlad idi.

Kənd sakinləri isə uşağın iynədən yox, qorxudan şoka düşdüyünü deyib.

K.Hüseynovu əməliyyat edən həkim Ramiz Sadıqov isə başqa versiya danışıb. Deyib ki, 40 il həkim işləyib, ancaq ilk dəfədir ki, belə hal baş verib:

“4-5 gün əvvəl uşağın babası sünnət etdirmək üçün mənə telefon aşmışdı. Ona məsləhət gördüm ki, uşağı aparıb özəl klinikada etdirək. Mən təqaüddəyəm, heç yerdə işləmirəm. Amma hər hansı özəl klinikaya gedib, sertifikatımı təqdim edib, sünnət edə bilərdim. Lakin ailə razı olmadı, evdə olmasını istədi. Sonra öyrəndim ki, imkanları olmadığına görə razı olmayıblar. Əməliyyat vaxtı da babası və bir nəfər də başqa bir adam yanımızda idi. Uşaq çox ağlayırdı, dedim ki, sakitləşməsə, babasını çölə çıxaracam. Lakin uşaq sakitləşmirdi. Sünnət vaxtı ancaq keyidici spreydən istifadə etmişəm, sakitləşdirici vurmamışam. Birdən-birə uşağın halı pisləşdi. Onu maşınımla Masallı Mərkəzi Xəstəxanasına apardım. Uşağa bütün reanimasion tədbirlər görüldü, amma onu həyata qaytarmaq mümkün olmadı. İndi tibbi ekspertiza ölümün səbəbini araşdırır”.
***
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.

Trend-in yaydığı məlumata görə, meyit üzərində aparılan ilkin müayinə zamanı ölümə anafilaktik şokun səbəb olduğu nəticəsinə gəlinib. Şok uşağa “Novakain” dərmanının vurulmasından yaranıb: “Ölüm qorxudan baş verməyib. Uşaqda “Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26