Interposta.Info

Masallıda sünnət xeyriyyə aksiyası keçirildi – FOTOLAR

Müxtəlif
 19-08-2020, 20:52     328

İslam dinində vacib əməl sayılan sünnət, keçmiş zamanlardan xalqımızın bir ənənəsinə çevrilib. Eyni zamanda çox həyəcanlı, ailəni çox təşviş içərisinə salan bir hadisədir. Amma bu hadisəni bir az bayram havasında, uşaqları da sakitləşdirərək həll etmək üçün belə bir toplu sünnət kampaniyası həyata keçirdik.

“Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilati, “Grand Playstation Fastfood Cafe", “Cənub market” və xeyriyyəçi Orxan Rzayevin maliyyə dəstəyi ilə keçirilən aksiyada 8 aztəminatlı ailənin uşaqları sünnət edildi.

Aksiyaya “Grand Playstation Fastfood Cafe"-dən start verildi. Öz rahatlığı, qulluq səviyyəsi, münasib qiymətləri ilə digər kafelərdən fərqlənən “GRAND” ailəsi sünnət olunacaq uşaqlar üçün bayram süfrəsi təşkil etmişdi. Uşaqlar onlar üçün açılmış süfrə arxasında “Playstation” oyunları oynayaraq vaxtlarını xoş keçirdilər.

Keçirdiyimiz xeyriyyə aksiyalarında hər zaman fəal iştirak edən “Cənub market” bu dəfə də ənənəsinə sadiq qaldı. Marketin nümayəndəsi Anar Əhmədov sünnət olunacaq uşaqlara müxtəlif növ hədiyyələr təqdim edərək onların sevinclərinə sevinc qatdı.

Daha sonra uşaqlar Masallı Rayonu Boradigah Qəsəbə Sahə Xəstəxanasında peşəkar həkimlər tərəfindən tibbi qaydada sünnət edilərək bir neçə saat nəzarət altında saxlanılandan sonra evlərinə buraxıldı.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin aksiyaları reklam xarakterli olmadığı üçün və etik səbəblərdən yardım edilən aztəminatlı ailələrin FOTO və VİDEO görüntülərini yayımlamır.
Bu ənənəmizə bu dəfə də sadiq qalaraq sünnət edilən uşaqların üz görüntülərini göstərməyib, kimliklərini anonim saxlayırıq.
Cəfər Cəfərov, “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26