Interposta.Info

Şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası təşkil olunub - FOTO

Ölkə
 6-12-2021, 18:41     310

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi ailələri övladları ilə bağlı xeyriyyə aksiyası keçirilib.
Aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov təmənnasız iştirak edib. Aksiyanın aparıcısı Könül Muxtarova ənənə halını almış xeyriyyə tədbirinin iştirakçılarını salamlayıb, sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Nizami rayon filialının sədri Məhi Mehdiyev, “Təhsil” İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əjdər Cəfərov, Əməkdar idman ustası, Əməkdar məşqçi, kikboksinq üzrə 26 qat dünya çempionu Eduard Məmmədov, həmçinin tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər.

Övladları sünnət olunmuş Şəhid və Qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.
Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan Şəhid və Qazi ailələri daim diqqət mərkəzində saxlayan Baş İdarə bu aksiyanı gələcəkdə də davam etdirəcək.

İnterPosta.info












Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26