Interposta.Info

Masallıda azyaşlı sünnət zamanı öldü

Ölkə
 4-05-2017, 07:24     602

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.
interposta.info
Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.
Belə ki, valideynləri Kənan Abutalıbov Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.
Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26