Interposta.Info

Bakıda 8 yaşlı uşaq əməliyyat zamanı öldü

Müxtəlif
 19-10-2017, 07:31     7 114

8 yaşlı qız narkoz verildikdən sonra həyatını itirib.

"XeberBiz" Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində baş verib.

Uşağın atası, Sumqayıt şəhər sakini Sübhan Kərimov deyir ki, qızı iki ay bundan öncə qəfildən özündən gedib. Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirilən Şölə Kərimovaya müayinədən sonra böyrək çatışmazlığı diaqnozu qoyulub və müalicə üçün Bakıya yazılıb.

Bir neçə yerdə müalicə alan uşaq sonradan yenidən Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirilib. Burada isə dializ zamanı uşağın qolunda olan kateterdə qüsur aşkarlanıb. Kateterin dəyişdirilməsi üçün uşaq Səhiyyə Nazirliyinin göndərişi ilə Toçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinə aparılıb. Sübah Kərimov iddia edir ki, sözügedən xəstəxananın həkimi Eldar Əliyev 8 yaşlı Şölə Kərimovanı heç bir müayinə etmədən ona narkoz verib. Nəticədə uşaq aldığı yüksək narkozun təsirindən dünyasını dəyişib.

Uşağın valideyni həmçinin iddia edir ki, uşaq dünyasını dəyişəndən sonra Patoloji Anatomiya Birliyində müayinədən keçmədən kəfənə bükülərək ailəsinə təhvil verilib. İndi ata qızının ölümündə günahı olan hər kəsin cəzalandırılmasını istiyir.

Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev isə iddiaların yalan olduğunu və uşağın əməliyyata aparılmamışdan əvvəl bütün müayinələrdən keçirildiyini bildirdi. Onun sözlərinə görə, xəstə əməliyyat olunmamışdan qabaq onun valideyinlərinə bu əməliyyatın uşağın həyatı üçün təhlükəli olacağı barədə xəbərdarlıq edilib. Hətta uşağın valideyinləri razılıq üçün qol da çəkiblər.

Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib. Qurumdan bildiriblər ki, hadisə ilə bağlı nazirliyin müvafiq şöbəsi tərəfindən araşdırmaya başlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26