Venesuelada iki avtobus toqquşdu:

Venesuelada iki avtobusun toqquşması nəticəsində azı 13 nəfər ölüb, daha 37 xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Nacional qəzeti xəbər verib.
Hadisə ölkənin cənub-şərqində Ansoateqi və Bolivar ştatlarının sərhədində baş verib. Məlumata görə, avtobusda Karakasa qayıdan pervomaysk mitinqinin iştirakçıları olublar.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26