Qəza törədən YPX -nin sürücüsü hansı məmurun qohumudur? -

Salyanda ağır qəzaya səbəb olan YPX -nin sürücüsü Məmmədyarov Natiq Mehdi oğlu kimdir?
interposta.info bizimxeber.az-a istinadla verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü YPX-əməkdaşı Natiq Məmmədyarovun qohumlarının əksəriyyəti DYP-də yüksək vəzifə sahibləridir.
Belə ki, Natiq Məmmədyarov Gəncə “MERO”nun rəisi polkovnik Vüqar Məmmədyarovun əmisi oğludur. Vüqar Məmmədyarov uzun illər Şirvan “MERO”nun rəisi vəzifəsində calışıb. N.Məmmadyarovun daha bir əmisi oğlu uzun illər Salyan DYP-nin rəisi işləmiş, hazırda Neftçala rayon DYP-nin rəisi Azad Məmmədyarovdur.
Məlumata görə, qəza zamanı 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
interposta.info ARB TV-yə istinadən qəzanın görüntülərini təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26