13 min metr yüksəklikdə MÖCÜZƏ gerçəkləşdi -

Türk Hava Yollarının Qvineya - İstanbul reysi ilə uçan Diaby Nafi adlı hamilə sərnişinin təyyarə havaya qalxdıqdan bir saat sonra Mali üzərində doğuş sancıları başlayıb.
interposta.info xəbər verir ki, qadın ekipaj üzvlərinin köməyi ilə qız uşağı dünyaya gətirib.
13 min metr yüksəklikdə dünyaya gələn körpəyə sənişinlər tərəfindən Kadiju adı qoyulub. Təyyarə Burkina Fasoya eniş edib, ana və körpə səhiyyə işçiləri tərəfindən nəzarətə götürülüb. Onların hər ikisinin səhhətinin normal olduğu bildirilib. (Trend)
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26