Interposta.Info

Aqil Acalov Öpüş flaşbomunu keçirtmək istəyənləri sərt tənqid etdi.

Ölkə
 2-04-2017, 18:23     1 101


Aprel şəhidlərimizin canları-qanları bahasına Vətənin müdafiəsinə qalxdıqları aydır. Aprel neçə-neçə gəncimizin, qəhrəmanımızın bu torpaqlar uğrunda gözlərini əbədi yumduqları aydır. Aprel bir olduğumuz, birlik olduğumuz, yumruq olduğumuz aydır. Və indi bir qrup vətən, millət sevgisindən uzaq, əxlaq yoxsulu insanlar Öpüş flaşmobu keçirərək şəhidlərimizin ruhuna hörmətsizlik edirlər. Əxlaqi dəyərlərimizi görməzdən gəlib yeniyetmə və gənclərə vətənpərvərlik, milli kimlik ruhu aşılamaqdansa cılızlıq, bayağılıq aşılayıb, sevgini ucuzlaşdırırlar! Sevgi gözəldir, dəyərlidir, amma ağsaqqal-ağbirçək qarşısında, körpə uşaqların gözü önündə Öpüş flaşmobu keçirmək sevginin təcəssümü ola bilməz! Sevgi, əxlaqi dəyərlərimiz bu qədər ucuzlaşa bilməz!
Gəlin Öpüş flaşmobu kimi cılız tədbirlərə yox deyək!!!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26