Interposta.Info

Bakı Slavyan Universiteti tələbələrinin aprel yürüşü

Ölkə
 7-04-2017, 00:11     971

Bu gün Nəsimi rayon İcra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə, rayon ərazisində yerləşən bir neçə Universitetin müəllim-tələbə kontingentindən ibarət möhtəşəm yürüş təşkil edilib.
interposta.info xəbər verir ki, yürüş ötən ilin aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına şəhid olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Yürüşün möhtəşəmliyini xüsusi vurğulamaq üçün qeyd edək ki, Bakı Slavyan Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Xanım Sultanovanın rəhbərliyi ilə bu aksiyaya təkcə adı çəkilən Universitetin 5 fakültəsindən bir neçə müəllimlə yanaşı 450-dən artıq tələbə qatılıb.

Yürüş Milli parkda yerləşən "Saat qülləsi" adlanan məkandan saat 12-də start götürərək Bayraq meydanınadək davam edib. Yürüşdə iştirak edən Tibb Universiteti Hərbi tibb fakültəsinin kursantları və digər Universitetlərdən olan tələbə-gənclər əllərində üçrəngli Azərbaycan bayrağını dalğalandıraraq yüksək vətənpərvərlik ruhda olan məşhur "İgid əsgər möhkəm dayan" mahnısını oxuyub, "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq", "Ən böyük əsgər, bizim əsgər" kimi şüarlar səsləndiriblər.
Sonda Bayraq meydanına yetişən gənclərdən biri qəhrəman şəhidlərimizdən bir neçəsinin ad və soyadlarını sanki onların alay komandiri kimi ucadan çağırıb, digər gənclər tərəfindən isə cəm şəkildə "burda!" cavabını alıb.
Bununla yürüşdə iştirak edən tələbə-gənclər şəhidlərimizin ölmədiklərini, onların daim bizimlə bir arada olduqlarını vəsf ediblər.
Yürüş, Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başa çatıb.
Mübariz Əhmədov, BSU-nun Jurnalistika kafedrasının dosenti

interposta.info
Bakı Slavyan Universiteti tələbələrinin aprel yürüşü
Bakı Slavyan Universiteti tələbələrinin aprel yürüşü
Bakı Slavyan Universiteti tələbələrinin aprel yürüşü
Bakı Slavyan Universiteti tələbələrinin aprel yürüşüBakı Slavyan Universiteti tələbələrinin aprel yürüşü

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26