Interposta.Info

Aqil Acalov:

Ölkə
 19-01-2017, 13:56     987

Aqil Acalov:


"20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir", - Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov açıqlamasında bildirib.

interposta.info bildirir ki, onun sözlərinə görə, həmin qanlı gecədən 27 il ötməsinə baxmayaraq, 20 Yanvar hadisələri heç bir zaman xalqın yaddaşından silinməyəcək:

"70 il Sovet əsarətində yaşayan bir xalqın azadlıq uğrunda, oyanış uğrunda mücadiləsi idi o gecə. Cəsarət gecəsi idi, istiqlal yoluna gedən addım idi o gecə. Ona görə 20 Yanvar hadisələrini yalnız matəm kimi deyil, həm də qürurla xatırlamalıyıq. O gecə can verən şəhidlərimizin qəhrəmanlıqlarını azyaşlılara, məktəblilərə, bizdən sonra gələn nəsillərə danışmalı, onlarda vətənpərvərlik hissi aşılamalıyıq". Aqil Acalov 19-undan 20-nə keçən gecə şəhid olanların xüsusi amansızlıqla qətlə yetirilməsinə də diqqət çəkib: "O gecə Sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülüb, 600-dən çox adam yaralanmışdı. O gecə heç kəsə aman verilmirdi. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulur, həkimlər belə öldürülürdü. 23 güllə vurulan şəhidimiz belə vardı o gecə. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi". Federasiya prezidenti hər bir Azərbaycan vətəndaşının şəhidlərin xatirəsini hörmətlə yad etməsinin önəmini də vurğulayıb: "Bizim borcumuzdur ki, tez-tez Şəhidlər Xiyabanına baş çəkək. Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızı ziyarət edək. 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Azadlıq fədailərimizin, şəhidlərimizin ruhu qarşısında baş əyirəm"

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26