Interposta.Info

"İkincini ürəyindən vuranda öldü" -

Ölkə
 13-03-2017, 12:41     545

"İkincini ürəyindən vuranda öldü" -

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə qətldə təqsirləndirilən Azad Mürsəlov şahid qismində Məmməd adlı şəxsin məhkəməyə gətirilməsini istəyib.

Ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyən Mürsəlov bildirib ki, mərhum Ruslan Cavadova xəsarət yetirməyib: "İttiham aktını indi aldim. Hələ ittihamda nə yazıldığın bilmirəm. Amma mən Ruslana nəinki bıçaqla, ümumiyyətlə heç bir xəsarət yetirməmişəm".

Təqsirləndirilən qadın Lətifə Zamanova isə hakimin sualına cavab olaraq mərhumu vurduğunu deyib: "İki dəfə vurdum. Birincini vuranda ölmədi. İkincini ürəyindən vurdum. Bıçaqla yox, "otverka" ilə vurmuşam".

Məhkəmə qərara gəlib ki, şahid kimi adı keçən Məmməd Rüstəmovun məcburi gətirilməsi ilə bağlı qərar çıxarılsın. Onun hadisənin əsas şahidi olduğu qeyd edilir. Həmin şahidin də tüfeyli həyat sürdüyü bu səbəbdən də tapılaraq məhkəməyə gətirilməsinin mümkün olmadığı bildirilir.

Növbəti məhkəmə prosesi aprelin 3-də keçiriləcək.

Bildirək ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb.

Əməliyyat zamanı qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi sürdükləri bildirilir.

 

interposta.info

 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26