Interposta.Info

5 nəfərlik dəstəyə hökm oxundu:

Ölkə
 18-04-2017, 13:28     626

Dələduzluqda və oğurluqda təqsirləndirilən 5 nəfərlik dəstənin üzvlərinə hökm oxunub.

Musavat.com xəbər verir ki, Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi baça çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxıb ediblər.

Həbs edilən Vəfa Qaraşova və Xədicə Qasımova ədalətli qərar çıxarılmasını və günahsız olduğunu deyib. Təqsirləndirilən Ruslan İbadov isə son sözündə peşman olduğunu bildirib.

R.İbadov onlarla birlikdə həbs edilən qızların günahsız olduğunu deyib.

Hakimlər kollegiyasının hökmünə əsasən Ramin Manafov 10 il, Adil Hacıyev 10 il, Ruslan İbadov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi başlayan zaman ev dustaqlığında olan və ilk prosesdə barəsində həbs qətimkan tədbiri seçilən Vəfa Qaraşova 4 il 5 ay, Xədicə Qasımova 4 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər

Bildirək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Əli Qarayevin Bakı şəhərində yerləşən mənzilində kirayə yaşayıblar. Onlar mənzildən 37 min manatlıq oğurluq ediblər. Onlar həmçinin, Bakı sakininin etibarından sui-istifadə edərək, saxta qızıl girov qoyaraq, onun 3200 manatlıq pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26