Interposta.Info

Ərini öldürən qadının müəmmalı məhkəmə prosesi -

Ölkə
 17-01-2018, 14:42     10 419

Ötən həftə Sumqayıt şəhər məhkəməsində əri Namiq Məmmədovu 2 bıçaq zərbəsiylə qətlə yetirən Xatirə Məmmədovanın növbəti məhkəmə iclası keçirilib.

BakuPost xəbər verir ki, budəfəki prosesdə 2 şahid dindirilib: mərhumun anası və təqsirləndirilən tərəfindən şahid kimi təqdim olunan bir nəfər.
Təqsirləndirilən şəxsin iş yerinin yanındakı mağazada çalışan tanışı şahid kimi ifadə verib. Məlum olub ki, o əvvəlki ifadəsində yalnız mərhumun psixoloji xarakteristikasını vermiş, ailəsi ilə münasibətlərindən bəhs edib. Hakimin "Xatirənin ərinin ölməsini nə vaxt eşitdin, nə bilirsən” sualına isə şahid "bilmirdim, sonra eşitdim, görməmişəm, onu bilmirəm” deyərək, əslində öyrədilmiş şahid olduğunu, istintaq və məhkəməyə heç bir köməyi olmayacağını sübut etmiş olub.

Mərhumun atası Məhiyəddin Məmmədov işin gedişatından və keçmiş gəlininə qarşı irəli sürülən cinayət maddəsi ilə razı olmadığını qeyd edib.
2016-cı ilin sentyabrında baş verən hadisənin araşdırılması və məhkəmə prosesinin il yarımdan çox çəkməsi də prosesin ləng aparıldığını göstərir. Halbuki hadisəni törədən, hadisənin baş verdiyi yer və faktlar bəllidir. Maraqlısı odur ki, hətta ehtiyatsızlıqdan və özünü müdafiə ucbatından adam yaralama və öldürməyə görə təqsirləndirilən şəxsə həbs qəti imkan tədbiri seçildiyi halda, Xatirə Məmmədova hadisə gününün səhərindən bu günə kimi azaddır, sərbəst gəzir, gözəllik salonunda işləyir, şahidlər toplayır, vəkili ilə sərbəstcə görüşür və məhkəmə olan günlər məhkəməyə gəlməklə hakim, prokuror və vəkilin suallarına susmaqla cavab verir.
Ərini öldürən qadının müəmmalı məhkəmə prosesi -


Mərhumun atası qadına həm qohumu, həm işi aparan müstəntiqin, həm də şəxsi münasibətdə olduğu kimlərinsə himayədarlıq etdiyini bildirir.
"Xatirə mənim oğlumu ehtiyatsızlıqdan yox, bilərəkdən, qəsdən, düşünərək öldürüb. İndi də Cinayət məcəlləsinin 124.1 maddəsiylə işi aparırlar ki, onu azadlığa buraxsınlar. Bu qadını cinayət törətdiyi gündən 1 gün də tutub içəridə saxlamayıblar. Amma yalandan bizə deyiblər ki, içəridədir. Biz bu maddə ilə razı deyilik və iddia qaldıracağıq. Burda qəsdən adam öldürmə maddəsi irəli sürülməlidir və iş Ağır Cinayətlər Məhkəməsinə verilməlidir”.

Qeyd edək ki, mərhumun 2 uşağı hazırda nənə və babasının yanındadır. Hadisənin yeganə şahidləri də evdə olan uşaqlar olub. 10 yaşlı qız atasının ayağına anasının bıçaq vurduğunu gözü ilə görüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26