Interposta.Info

Azərbaycana qarşı daha bir erməni təxribatı -

Ölkə
 24-02-2017, 14:37     589

Azərbaycana qarşı daha bir erməni təxribatı -


Ötən gün Moskvada Ximki rayonunda "Fight Nights Globala MMA" qaydasız döyüş üzrə keçirilən turnirdə Azərbaycana qarşı təxribata yol verilib.

Bu barədə musavat.com-a ASGA Rusiya nümayəndəliyinin rəhbəri, diaspor üzrə ekspert Toğrul Allahverdili məlumat verib.

Məlumata görə, ötən gün Moskvanın Ximki rayanunda "Fight Nights Globala MMA" turnirində həmyerlimiz Elnar İbrahimov və Rusiya təmsilçisi Vartan Asatryanın arasında döyüş keçirilib. Həmin qarşılaşma zamanı erməni əsilli döyüşçü qalib gəldikdən sonra qondarma Dağlıq Qarabağa məxsus "bayrağ"ı hər kəsin gözü qarşısında qaldırıb.

T.Allahverdilinin sözlərinə görə, ən qəribə məqam isə, erməni idmançının Rusiyanı təmsil etməsinə baxmayaraq, Rusiya bayrağını qaldırmaması olub: "Bütün bu təxribat Moskva regional bədən tərbiyəsi və idman naziri Roman Teryuşkovun gözləri qarşısında baş verib. Ümüd edirik ki, Rusiya hökuməti Rusiya və Azərbaycana qarşı baş verən bu təxribatı araşdıracaq və günahkarlar cəzalandırılacaq".

interposta.info yarışdan foto və videogörüntünü təqdim edir:

Azərbaycana qarşı daha bir erməni təxribatı -
Azərbaycana qarşı daha bir erməni təxribatı -
Azərbaycana qarşı daha bir erməni təxribatı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26