Interposta.Info

Rusiya Azərbaycana Su-34 və Su-35 qırıcıları təklif edir

Ölkə
 1-07-2019, 09:08     10 354

Rusiya Azərbaycana istənilən növ döyüş təyyarələrinin satışına hazırdır.

İnterPosta.info
"azeridefence.com” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyada təşkil edilmiş "Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.

Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:

"Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.

Korporasiya nümayəndələri bildiriblər ki, ötən illərdə Azərbaycana "Su-30SM” və "MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.

"Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş "İl-76MD-90A” hərbi nəqliyyat, "Su-34” və "Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

İterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26