Interposta.Info

Səudiyyə generalı Azərbaycanın silahlarına baxdı

Müxtəlif
 8-02-2018, 15:14     9 514

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir

interposta.info Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, səfər çərçivəsində, general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini, Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını, “N” nömrəli hərbi hissəni və Hərb Tarix Muzeyini ziyarət edib.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26