Interposta.Info

Moskvada Azərbaycana qarşı erməni təxribatı -

Müxtəlif
 14-09-2017, 12:17     10 391

Rusiya paytaxtında keçirilən “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata əl atıblar.

Azvision.az-ın məlumata görə, Azərbaycan stendindən aralıda quraşdırılan Ermənistan stendində Dağlıq Qarabağa aid şirkətlərin məhsulları nümayiş olunub.

Ermənilər separatçıların məhsullarını stendin ən görünən hissəsində nümayiş etdirirlər. Onlar sərgi iştirakçılarına "Arsax-Eko" şirkətinin istehsal etdiyi meyvə və tərəvəz konservləri, kompotlar, duz və doşab təqdim edirlər.

Xatırladaq ki, Ermənistan sərgidə Dağlıq Qarabağ şirkətlərini yerli şirkətlər kimi təqdim edir. Lakin stendlərin qarşısında qondarma Dağlıq Qarabağın bayrağını qoyur.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin yeganə ekskluziv partnyorudur.

interposta.info
Moskvada Azərbaycana qarşı erməni təxribatı -
Moskvada Azərbaycana qarşı erməni təxribatı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26