Interposta.Info

İdmançımız titul döyüşündə nokautla qələbə qazandı

Ölkə
 18-09-2021, 15:38     403

Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib.

"İntetPosta" xəbər verir ki, idmançımız tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb. Yüngül çəki dərəcəsində "AMC Fight Nights” çempionu olan 27 yaşlı təmsilçimiz titul döyüşündə rusiyalı Şamil Zavurovla qarşılaşıb.

Rusiyanın paytaxtı Moskvada təşkil olunan döyüşün taleyini ilk raundda həll edən Nəriman texniki nokautla qalib gəlib. İdmançımız bununla da "AMC Fight Nights”ın çempionu titulunu qoruyub.

Bu, Abbasovun karyerasında 30-cu döyüş olub. Yalnız üç dəfə uduzan idmançımız 27-ci qələbəsini qazanıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26