Interposta.Info

İdmançımız olimpiadada qızıl medal qazandı

İdman
 8-10-2018, 09:12     10 508

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

Qaynarinfo xəbər verir ki, Olimpiadanın cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Vüqar Talıbov ilk görüşündə yəmənli Əhəd Əl-Saqheeraya qalib gəlib.

Tacikistanlı Camşed Sulaimoni və Antonio Tornalanı (Dominikan Respublikası) məğlub edən cüdoçumuz finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rusiyalı Abrek Naquçevə qalib gələn V.Talıbov Olimpiya çempionu olub.

Qeyd edək ki, Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edir. Azərbaycan yarışlarda 17 idmançı ilə təmsil olunur. İdmançılarımız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26