Interposta.Info

Tokio-2020: Hacı Əliyev gümüş medal qazandı
 

İdman
 7-08-2021, 16:04     543

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci gümüş medalını qazanıb.

"İnterPosta"nın məlumatına görə, sərbəst güləşçimiz Hacı Əliyev olimpiya ikinciliyinə layiq görülüb.

65 kq çəki dərəcəsində dünən ardıcıl 3 qələbə ilə finala yüksələn 30 yaşlı pəhləvanımız həlledici görüşdə yaponiyalı Takuto Otoquroya 4:5 hesabı ilə məğlub olub. Bununla dünya və Avropa çempionumuz gümüş mükafat qazanıb.

Bu, Azərbaycan yığmasının Tokio-2020-də altıncı medalı olub. Hacıya qədər karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, karateçi İrina Zaretska (+61 kq) isə yarımfinala yüksəlməklə medalı təmin edib.

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov isə bürünc medal uğrunda görüşə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Reyneris Salas Pereslə üz-üzə gəlib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Son xal prinsipinə əsasən rəqibinə məğlub olan Şərifov olimpiadada 5-ci olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26