Interposta.Info

Azərbaycan “Tokio-2020”ni 7 medalla başa vurdu

İdman
 7-08-2021, 22:07     548

Azərbaycanın milli Olimpiya komandasının "Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb.

"İnterPosta"xəbər verir ki, Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar.

Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyev final qarşılaşmasında rəqibin son saniyələrdə qazandığı xal sayəsində uduzub. Yunan Roma-güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar.

Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar.

Komandamız medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci sırada qərarlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26