Azərbaycan idmançıları 2019-cu ildə 775 medal qazanıblar
Azərbaycan idmançıları 2019-cu ildə 775 medal qazanıblar.
"İnterPosta.info" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin hesabatında bildirilir.
Medalların 271-i qızıl, 238-i gümüş, 141-i isə bürünc medaldır. Olimpiya idman növlərində 90 qızıl, 96 gümüş 141 bürünc medal əldə edilib. Qeyri-olimpiya idman növlərində isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal qazanılıb.
İdmançılar Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında 5 qızıl, 10 gümüş, 13 bürünc, ümumilikdə, 28 medal, İtaliyanın Neapol şəhərində XXX Ümümdünya Universiadasında 2 qızıl, 3 gümüş, 2 bürünc, ümumilikdə, 7 medal əldə ediblər.
Bakıda təşkil olunan Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası ilk dəfə medal sıralamasında 4-cü olub. İdmançılar 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla, umumilikdə, 23 medal qazanıblar.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26