Interposta.Info

Elmar Qasımov bürünc medal qazanıb

İdman
 7-04-2019, 22:27     10 573

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.

“Report” xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Misir təmsilçisi Ramadan Darvişi məğlub edib.

Qeyd edək ki, bu gün kişilərin yarışında Uşangi Kokauri (+ 100 kq) bürünc, qadınlarda isə İrina Kindzerska (+78 kq) qızıl medal uğrunda görüşə çıxacaq. İlk iki yarış günündə Rüstəm Orucov (73 kq) günüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26