Interposta.Info

Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb

İdman
 22-06-2019, 20:49     10 494

"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan və Ermənistan samboçuları arasında görüş keçirilib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Mehman Xəlilov və Maksim Manukyan üz-üzə gəlib.

Görüşün əvvəlində Xəlilov rəqibindən bir xal qazanıb. Üstəlik, Manukyan xəbərdarlıq alıb. Lakin sonradan rəqib samboçu da bir xal alaraq, hesabı bərabərləşdirib.

Bununla belə, Xəlilov 2 xallıq fəndlə yenidən önə çıxıb - 3:1. Yekunda isə 9:1 hesabı ilə qalib gələn Xəlilov bürünc medala yiyələnib.

İnterPosta.info

Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26