Interposta.Info

"Minsk-2019": Hacı Əliyev erməniyə 6:0 hesabı ilə qalib gəldi

İdman
 26-06-2019, 13:15     10 391

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyanla qarşılaşıb. 65 kq çəki dərəcəsində baş tutan görüşdə idmançımız rəqibini 6:0 hesabı ilə məğlub edib.

Digər sərbəst güləşçimiz Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.

86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26