İşgəncələrə Qarşı Azərbaycan Komitəsi

Təşkilat regionlarda fəaliyyətini genişləndirməyi planlaşdırır
interposta.info xəbər verir ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov, qurumun təhlükəsizlik məsələləri üzrə müşaviri Oqtay Salamov və mətbuat xidmətinin rəhbəri Telman Mirzəyev təşkilatın rayondakı nümayəndələri ilə görüşüblər. “Şimal xəbərləri”nin məlumatına görə, tədbirdə indiki mərhələdə yerli təşkilatın qarşısında duran vəzifələr ciddi müzakirə olunub. Elşad Həmidov bildirib ki, komitə bir sıra monitorinqlər keçirib, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşüb, müəyyən struktur dəyişiklikləri aparılır. Yerli təşkilata tövsiyyə olunub ki, baş verən işgəncə faktlarına obyektiv və tərəfsiz yanaşılsın, vətəndaşların müraciətlərinə operativ reaksiya verilsin, dövlət sturukturları ilə əlaqəli fəaliyyət poqramı həyata keçirilsin. Komitə rəhbəri media qurumları və digər QHT-lərlə əməkdaşlığın genişləndirilməsinin, işgəncə hallarını doğuran səbəblərin dərindən araşdırılmasının, eləcə də, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini də önə çəkib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26