Interposta.Info

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin xüsusi məsələlər üzrə sədr müavini

Ölkə
 18-03-2017, 21:55     1 249

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin xüsusi məsələlər üzrə sədr müavini gecə radələrində sərbəst buraxılıb
Onun xarici pasportu və şəxsiyyət vəsiqəsi polis şöbəsində saxlanılır

“Şimal xəbərləri”nə eksklyuziv müsahibə verən sədr müavini Avtandil Məmmədov bildirir ki, onu Quba rayon polis şöbəsinin təhqiqat bölməsinin Tərlan və Xanlar adlı əməkdaşları sorğu-sual ediblər. Müsahibimizin iddiasına görə, ondan hədə-qorxu yolu ilə “lazımi” izahat alınıb. Bundan sonra qarşısına müəyyən şərt qoyaraq bir günlük sərbəst buraxıblar. Avtandil Məmmədov bu şərtin nədən ibarət olduğunu söyləsə də, obyektiv səbəblərə görə bunu açıqlamırıq.
Aldığımız son məlumata görə, ondan Quba rayonundan olan Rəsmiyyə və Şakir adlı şəxslər şikayət ediblər. Səbəb kimi onlardan hüquqi xidmətlə əlaqədar artıq pul aldığı göstərilib. Lakin A. Məmmədov bunu şantaj adlandırdı.
A. Məmmədov yenidən həbs ediləcəyini də istisna etmədi.
Qarşı tərəflərin mövqeyini olduğu kimi dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
“Şimal xəbərləri”

interposta.info təqdim etdi!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26