Interposta.Info

Xaçmaz rayon prokurorluğundan

Gündəm
 24-02-2017, 18:12     2 357

Xaçmaz rayon prokurorluğundan

Xaçmaz rayon prokurorluğundan polis tərəfindən işgəncələrə məruz qaldığını bildirən Zaman Orucovun məsələsinə açıqlama verilib
Yanvarın 22-dən 23-nə keçən gecə Xaçmaz rayon polis şöbəsinin rəis müavini Amil Tahirli, cinayət-axtarış bölməsinin rəisi Səxavət Abbasov və daha bir mülki geyimli polis tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını bildirən Zaman Orucov və yaxınları bu gün rayon prokurorluğunun binası qarşısına gəliblər. Qeyd edək ki, rayon prokuroru Elxan Əbdürrəhimov üç gün öncə iki gün ərzində şikayətçilərə cavab veriləcəyini bildirmişdi. Z. Orucovun yaxınlarının “Şimal xəbərləri”nin əməkdaşına verdiyi məlumata görə, rayon prokuroru şikayətçinin nümayəndəsini qəbul edib. Elxan Əbdürrəhimov nümayəndəyə ekspertizanın rəyinin onlarda olduğunu, araşdırmaların davam etdiyini və əlavə məlumat veriləcəyini açıqlayıb.
Bu gün Zaman Orucova Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar idarəsinin rəisi Sahib Mirzəyevin imzası ilə məktub göndərilib. Orada qeyd olunub ki, idarənin apardığı yoxlamalar nəticəsində şikayətçinin izahatında bildirdiyi döyülmə və işgəncə faktları təsdiqlənməmişdir. Əgər prokurorluğun araşdırmaları nəticəsində polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyi sübuta yetirilərsə onların inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılacaq
Onu da bildirək ki, yanvarın 30-da daxili təhqiqatlar idarəsinin əməkdaşı Natiq Abdullayev Zaman Orucovun evində olub və ondan baş verənlər barədə izahat alıb.
Bu məsələ ilə bağlı əməkdaşımızın geniş yazısını yaxın günlərdə təqdim edəcəyik. “Şimal xəbərləri”

interposta.info təqdim etdi!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26