Interposta.Info

Xaçmaz rayon polis şöbəsində

Ölkə
 4-02-2017, 21:03     901

Xaçmaz rayon polis şöbəsindəinterposta.info xəbər verir ki, bu məlumatı “Şimal xəbərləri”nə Zaman Orucovun həyat yoldaşı Ramilə Orucova verib. Onun sözlərinə görə, ərinin vəziyyəti tez-tez dəyişir.
Güclü baş və böyrək ağrıları var. Bəzən yeriyə bilmir. “Zaman həm də çox əsəbi olub. Bu da güclü stresdəndir. Gecələr yatmaq bilmir.Onun müalicə olunması üçün imkanımız yoxdur. Ağrıkəsicilərlə birtəhər yola veririk.”
Xaçmaz RPŞ-nin rəis müavini Amil Tahirli, cinayət axtarış bölməsinin rəisi Səxavət Abbasov və daha bir mülki geyimli şəxs tərəfindən yanvarın 22-dən 23-nə keçən gecə vəhşicəsinə döyüldüyünü və elektroşok qurğusu vasitəsi ilə bədəninə cərəyan buraxıldığını bildirən Z. Orucov müxbirimizə deyib ki, sərbəst buraxıldıqdan sonra ertəsi gün Xaçmaz rayon mərkəzi xəstəxanasına gedib. Vəziyyətinin ağır olduğunu desə də, həkimlər onun polisdə işgəncəyə məruz qaldığını biləndən sonra xəstəxanada yerləşdirməkdən imtina ediblər. Z. Orucov bu həkimin adını söyləsə də biz isə müvafiq araşdırmadan sonra problemə qayıdacağıq. Həkimlərdən yalnız biri ilə- nevropotoloq Nazir Əliyevlə telefon əlaqəsi saxladıq. O, yanına çoxlu xəstə gəldiyindən Zamanı xatırlamadı... Onu da əlavə etdi ki, xəstənin problemi varsa müraciət etsin. Qeyd edək ki, Zamana verilən reseptdə N. Əliyevin adı yazılıb. Lakin sözügedən şəxs dərmanların hamısını ala bilmir. Zamanın ailə üzvləri də hesab edirlər ki, onun xəstəxanada müalicəsi zəruri və məqsədəuyğundur.
Mövzuya qayıdacağıq.

interposta.info

Xaçmaz rayon polis şöbəsində

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26