Interposta.Info

Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb

Ölkə
 9-12-2019, 16:39     351

Bakıda qadının ögey övladlarına işgəncə verməsi faktı prokurorıluq tərəfindən araşdırılır.

"İnterPosta.info" məlumatına görə, bu barədə Baş Prokurorlıuğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook səhifəsində məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26