Interposta.Info

Arif Alışanov Elsevər Dünyamalıyevin

Ölkə
 16-02-2017, 07:30     1 085

Arif Alışanov Elsevər Dünyamalıyevin

İddiya əsasən Elsevər Dünyamalıyevin səlahiyyətlərinin bir hissəsi “Günün nəbzi” verlişinin aparıcısı Rövşən Rafiqoğluna veriləcək

Uzun müddətdir ki, professor Qulu Məhərrəmli ilə AzTV sədri Arif Alışanov arasında gedən məhkəmə prosesi Qulu Məhərrəmlinin qələbəsi ilə başa çatdı.

Bu isə Arif Alışanov üçün ağır zərbə oldu. Çünki son zamanlar onun hakimiyyətdaxili siyasi oyunlara qatıldığı və buna görə etibarını itirdiyi haqqında məlumatlar dolaşırdı. Bu proses isə deyilənləri təsdiqlədi.

Bununla yanaşı qeyd etmişdi k ki, hazırda AzTV-də əsas işləri onun müavini Elsevər Dünyamalıyev həyata keçirir və bu yuxarı dairələrin diqqətindən kənarda qalmayıb. Hətta peşəkar mütəxəssis olan Elsevər Dünyamalıyevin sədr postuna gətiriləcəyi də gözlənilir. Amma Arif Alışanov deyəsən bununla razılaşmaq niyyətində deyil və bu səbəbdən yaxın günlər də AzTV-də növbəti ixtisarlara və kadr dəyişikliklərinə start veriləcək.

MilliYol-a dazil olan son məlumatda bildirilir ki,Arif Alışanov ilk növbə də Elsevər Dünyamalıyevin səlahiyyətlərini azaltmaq niyyətindədir. İddiya əsasən Elsevər Dünyamalıyevin səlahiyyətlərinin bir hissəsi “Günün nəbzi” verlişinin aparıcısı Rövşən Rafiqoğluna veriləcək. Çünki bu şəxs PA-in razılığı ilə AzTV-yə transef edilib. Bununla yanaşı idman və mədəniyyət kanallarına da Elsevər Dünyamalıyevin təsiri zəiflədiləcək.

İxtisarlara gəldikdə isə, Arif Alışanov məhkəmə də Qulu Məhərrəmliyə uduzandan sonra yaxın çevrəsində olanların hər birindən şübhələnməyə başlayıb və yenidən Qulu Məhərrəmov tərəfdarlarının axtarışına başlayıb.https://www.milliyol.az/news.php?id=6516

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26