Interposta.Info

Bacısı ilə yeyib-içən sürücü qəzada öldü -

Ölkə
 7-02-2017, 18:42     927

Bacısı ilə yeyib-içən sürücü qəzada öldü -
Maşını ağaca çırpan qadın sürücü həyatını itirib.

Axar.az xəbər verir ki, Tovuz rayonu Aşağı Quşçu kənd sakini, 21 yaşlı Xatirə Aliyarova, bacısı ilə birlikdə yeyib içdikdən sonra Gəncənin Hacıkənd qəsəbəsinə çay süfrəsinə əyləşmək üçün yola düzəlib.

Yarı yolda geri dönən qadın, sükanı arxasında olduğu “Greyt Voll” markalı avtomobili yüksək sürətlə idarə etdiyi üçün bacısı maşından düşüb. Yoluna davam edən Xatirə Aliyarova idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb.

Nəticədə sərxoş sürücü başından aldığı zərbələr nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26