Interposta.Info

4 yaşlı oğlan qəzada öldü, anası və dayısı... -

Ölkə
 18-07-2017, 12:22     778

Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 4 nəfərdən biri ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün Ağdaş-Qəbələ avtomobil yolunun 8-ci kilometrliyində “QazEL” markalı yük maşını ilə “VAZ - 2107” markalı minik avtomobili toqquşub. Nəticədə sürücü, Yevlax sakini, 1994-cü il təvəllüdlü Bəhruz Bəşirli, Qəbələ sakinləri olan sərnişinlər, 1993-cü il təvəllüdlü Tural Şükürov, onun bacısı, 1991-ci il təvəllüdlü Güldanə Məhərrəmova və bacısının oğlu, 2013-cü il təvəllüdlü Yusif Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan şəxslərdən Yusif Məhərrəmovun həyatını xilas etmək mümkün olmayıb, digərlərinin vəziyyəti ağırdır.

interposta.info bildirir ki, faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26