Interposta.Info

Gəncə sakinin düzəltdiyi retro avtomobil -

Ölkə
 1-02-2017, 12:27     950

Gəncə sakinin düzəltdiyi retro avtomobil -

Gəncə sakini sovet avtomobil sənayesinə məxsus avtomobilləri bərpa edərək göz oxşayan avtomobil ərsəyə gətirib.

ARB xəbər verir ki, belə avtomobillər küçəylə hərəkət etdikdə istər-istəməz bir çox insanın diqqəti onlara yönəlir. Bəzən heç sonuncu modellər belə maraqla izlənmir.

Söhbət retro avtomobillərdən gedir. Bəlkə də ötən günə əl çatmadığından, bucür avtomobillərin timsalında bir anlıq da olsa keçmişə səyahət edərək, nostalji hisslər keçirir insan.

Gəncə sakini Arif usta sovet avtomobil sənayesinə məxsus 60- 70 il əvvəlin modellərini bərpa edərək göz oxşayan avtomobil ərsəyə gətirib.

Arif İbrahimov - Avtomobilin sahibi: "Bu maşın 1955-ci ilə məxsusdur. Alındığı zaman bərbat vəziyyətdə idi. Bu maşını sıfırdan yeniləyərək bu hala gətirmişik. Maşının üstə əziyyətimiz çox olub. Maşınla şəkil çəkdirmək istəyənlər, toy üçün istəyənlər çox olur."

Arif İbrahimov bu avtomobilin orijinallığı ilə yanaşı, hazırki vəziyyətə gətirməsinin heç də asan başa gəlmədiyini deyir.

Arif İbrahimov - Avtomobilin sahibi: "Çox xərcimiz çıxdı bu maşın üçün. Detalı tapılmayan maşını bu vəziyyətə gətirmək çox çətindir".

Müasir, dinamik həyatda bir qədər nostalji hissləri oyadan elementlərin olmasının ayrı gözəllikləri var. Retro avtomobillərin şəhərin küçələrində peyda olması elə bu cür xoş ovqat yaradan nümunələrdəndir.

Onu da bildirək ki, 1974-1975-ci ilə qədər olan avtomobillər retro kateqoriyasına aid edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26