Interposta.Info

Nəqliyyat Departamenti qanunsuz xətt satdı:

Ölkə
 27-01-2017, 07:42     507

Nəqliyyat Departamenti qanunsuz xətt satdı:

Bakıdan Sumqayıta qanunsuz marşrut xəttinin açılması böyük narazılığa səbəb olub.

interposta.info xəbər verir ki, "Qaynarinfo.az" saytının əldə etdiyi məlumata görə Bakı şəhəri Azadlıq metrostansiyasından Corat qəsəbəsinə qədər sərnişindaşıma icazəsi olan 123 saylı avtobus marşrutunun Sumqayıt Nəqliyyat Departamenti ilə "sövdələşməsindən" sonra Sumqayıt şəhəri Şərq Bazarına qədər uzadılması qalmaqal yaradıb.

Sumqayıt-Bakı istiqamətində şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülər və sahibkarkar Sumqayıt Nəqliyyat Departamentinin rəhbəri Seyfulla Əsədullayev haqqında ittiham səsləndirərək onun belə bir icazə vermə hüququ olmamasına baxmayaraq marşrut xəttini satdığını və bu qanunsuz fəaliyyətə davam edəcəyi təqdirdə daha böyük narazılıqların yaranacağını qeyd ediblər. Onlar axşam saatlarından etibarən departamentin önünə yığışaraq etirazlarını bildiriblər və bundan sonra işə Sumqayıt İcra Hakimiyyəti qarışıb.

Qeyd edək ki, 123 saylı marşrut xəttinin sahibkarı Qurban İsmayıloğludur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26