Interposta.Info

Böyük Britaniyada vandal tərəfindən kəsilmiş 200 yaşlı ağacı “diriltməyə” çalışacaqlar – FOTO/VİDEO

Müxtəlif
 7-12-2023, 08:57     40 217


Böyük Britaniyanın Nortumberland Milli Parkında 200 yaşlı ağacın kəsilməsindən sonra bütün dünyada insanlar əlamətdar abidənin itirilməsinə görə təəssüf edirlər. Milli Fondun əməkdaşları simvolik olan məşhur ağacı “diriltməyə” çalışacaqlar.

Fondun əməkdaşları ölkənin məşhur “Sycamore Gap” ağacından götürülmüş toxumların və şivlərin yeni nəsillər verəcəyinə dair müsbət əlamətlərin olduğunu bildirirlər.

İki əsrlik ağacın vandalizm aktı nəticəsində kəsilməsi insanları hiddətləndirib. Milli Fondun əməkdaşları ağacın bitdiyi yerdən material toplayıblar və bu materialların yeni tinglər və ağaclar yetişdirmək üçün uyğun olacağına ümid edirlər.

Səlahiyyətlilər həmin ağacın gövdəsinə bənzər cücərtilərin hələ də böyüyə biləcəyinə ümid etdiklərini bildiriblər. Ancaq bunun mümkün olub-olmadığını bilmək üçün üç il keçməlidir.

Qeyd edək ki, uzunömürlü ağac 1991-ci ildə Hollivudun “Robin Qud: Oğrular Şahzadəsi” blokbaster filmində nümayiş etdirildikdən sonra məşhurluq qazanıb. Ağac yerli sakinlər, eləcə də fotoqraflar və rəssamlar arasında məşhur olub.
Milli Fondun bağ və parklar üzrə direktoru Endi Casper ağacın irsinin yaşamasını təmin etmək üçün bu məsələnin üzərində işlədiyini bildirib.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26