Interposta.Info

Bakıda güclü külək 10-dan çox ağacı aşırdı

Ölkə
 20-12-2022, 09:57     270

Bakıda güclü külək səbəbindən 15 ağac aşıb.

"İnterPosta"nın məlumatına görə, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, gecədən başlayan güclü külək paytaxtın müxtəlif rayonlarında müxtəlif gövdəli 15 ağacın aşmasına səbəb olub.

Hadisə ilə bağlı daxil olan müraciətlərə dərhal reaksiya verilib və qurum əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək aşan ağaclar ərazilərdən götürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26